Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankı xərclərini 16,5% azaldıb

Azərbaycan Beynəlxalq Bankı xərclərini 16,5% azaldıb
# 27 yanvar 2015 13:08 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci ilin yanvarın 1-nə Azərbaycan Beynəlxalq Bankının aktivlərinin həcmi 8,800 mlrd. manat təşkil edib ki, bu da ötən il ilə müqayisədə 22,70% çoxdur.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, 2013-cü il ilə müqayisədə ötən il bankın kredit portfeli 16,60% artaraq 5,868 mlrd. manat olub. Hesabat dövründə fiziki şəxslərə verilən kreditlərinin həcmi 22,18% artaraq 678,469 mln. manat təşkil edib ki, bu da kredit portfelinin 11,56%-nə bərabərdir.

 

2013-cü il ilə müqayisədə 2014-cü ildə bankın depozit portfeli 23,31% artaraq 3,617 mlrd. manata çatıb, əhalinin əmanətləri 7,27% artaraq 1,730 mlrd. manata bərabər olub.

 

Bir il ərzində bankın məcmu kapitalı 11,58% artaraq 1,008 mlrd. manata çatıb. Hesabat dövründə nizamnamə kapitalının həcmi 590,192 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 24,24% artım deməkdir.

 

Bankın gəlirləri 2013-cü ilə nisbətən 23,55% artaraq 585,826 mln. manat, xərcləri isə 16,50% azalaraq 340,998 mln. manat olub.

 

Ötən il ərzində bankın əldə etdiyi mənfəət 64 mln. 519 min manat təşkil edib.

 

Hazırda bankın ölkə üzrə 35 filialı, 752 bankomatı, 11 007 POS-terminalı fəaliyyət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR