Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankında SMS-lə virtual kart sifariş etmək mümkün olacaq

Azərbaycan Beynəlxalq Bankında SMS-lə virtual kart sifariş etmək mümkün olacaq
# 21 dekabr 2012 13:25 (UTC +04:00)

 

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankı «AzeriCard» prosesinq mərkəzi ilə birlikdə virtual kartların SMS vasitəsi ilə sifarişi layihəsi üzrə işlərini başa çatdırıb. Bankın mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, xidmət çərçivəsində kartın detalları ilə olan SMS sifarişçinin nömrəsinə göndəriləcək.

 

Virtual kartlar internet vasitəsi ilə mal və ya xidmətlərin ödənilməsi üçün istifadə oluna bilər. Tranzaksiyaların təhlükəsizliyi üçün birdəfəlik parollar sistemi istifadə olunacaq. Parollar tranzaksiyadan əvvəl göndəriləcək və parol vasitəsi ilə təsdiq edilməyən tranzaksiya həyata keçirilməyəcək.

 

Virtual kartı «Cash to any Card», «Kard Transfer», «VISA Personal Payments» və «MasterCard Money Send» xidmətlər vasitəsi ilə doldurmaq mümkün olacaq.

 

Hazırda ölkənin mobil operatorları ilə yeni xidmətin tətbiqi üçün danışıqlar aparılır. Həmçinin, kartın balansının mobil telefonun balansından doldurulmasının mümkünlüyü barədə danışıqlar gedir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR