Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankının aktivləri I rübdə 19% artıb

Azərbaycan Beynəlxalq Bankının aktivləri I rübdə 19% artıb
# 22 aprel 2013 10:57 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankının aktivləri son bir ildə 19,1% artaraq 2013-ci il aprelin 1-nə 6,227 mlrd. manata çatıb. Bu barədə «APA-Economics»ə Bankın mətbuat xidmətindən məlumat verilib.


Bankın kredit portfeli 28,8% artaraq aprelin 1-nə 4,02 mlrd. manata çatıb. Fiziki şəxslərə verilmiş kreditlər 476,1 mln. manat təşkil edib.

 

Bankın məcmu kapitalı son bir ildə 73,8% artaraq 747,66 mln. manata çatıb. Azərbaycan Beynəlxalq Bankının nizamnamə kapitalının həcmi 38% artırılaraq 331,4 mln. manata çatdırılıb.


Bankın aktivlərinin gəlirlilik əmsalı (ROA) 2013-ci il aprelin 1-nə 0,20%, kapitalın gəlirlilik əmsalı (ROE) isə 2,16% təşkil edib. Müqayisə üçün bildirək ki, 2012 il aprelin 1-də bu göstəricilər müvafiq olaraq 0,14% və 1,77%-ə bərabər olub.


Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı 1992-ci ildə təsis edilib. Bankın səhmlərinin 50,2%-i dövlətə, 49,8%-i isə özəl hüquqi və fiziki şəxslərə məxsusdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR