Bank Of Baku

Azərbaycan BOKT-larının məcmu aktivləri 650 mln. manatı ötüb

Azərbaycan BOKT-larının məcmu aktivləri 650 mln. manatı ötüb
# 06 fevral 2015 09:54 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2014-cü ildə Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) aktivləri 650,6 mln. manat olub ki, bu da 2013-cü ilin göstəricisindən 20% və ya 108,47 mln. manat çoxdur.

 

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, 2013-cü il ilə müqayisədə hesabat dövründə BOKT-ların məcmu nizamnamə kapitalı 6,26 mln. manat və ya 7,56% artaraq 89,03 mln. manata çatıb.

 

Hesabata nəzər salanda məlum olur ki, BOKT-ların filiallarının sayında da artım var. Belə ki, əgər 2014-cü ilin yanvarın 1-nə BOKT-ların 194 filialı var idisə, bu ilin yanvar ayının 1-nə filialların sayı 224-ə çatıb.

 

2013-cü il ilə müqayisədə ötən il Azərbaycanda Kredit  İttifaqlarının nizamnamə kapitalı 22% artıb. Başqa sözlə, il ərzində ittifaqların nizamnamə kapitalı 4,74 mln. manat artaraq 26,28 mln. manata çatıb.

 

2014-cü ildə kredit ittifaqlarının aktivləri 2013-cü il ilə müqayisədə 29,46% və ya 15,85 mln. manat çox olub. Beləliklə, hazırda kredit ittifaqlarının aktivləri 69,65 mln. manat təşkil edir.

 

Hesabatdan aydın olur ki, kredit ittifaqları filial yaratmaqda maraqlı deyil.

 

Beynəlxalq humanitar təşkilatları tərəfindən maliyyələşdirilmiş kredit təşkilatlarının nizamnamə kapitalına gəlincə, burda da göstəricilər qənaətbəxşdir. Belə ki, 2013-cü il ilə 2014-cü ili müqayisə edəndə məlum olur ki, bu kredit təşkilatlarının nizamnamə kapitalı 7,5 mln. manat, aktivləri 93,17 mln. manat, filiallarının sayı isə 30 ədəd artıb. Başqa sözlə, bu ilin yanvar ayının 1-nə humanitar təşkilatları tərəfindən maliyyələşdirilmiş kredit təşkilatlarının nizamnamə kapitalı 50,02 mln. manat, aktivləri 550,65 mln. manat, filiallarının sayı isə 212-dir.

 

Hesabat dövründə digər BOKT-ların nizamnamə kapitalında azalma qeyd alınıb. 2013-cü ildə belə təşkilatların nizamnamə kapitalı 18,71 mln. manat olubsa, bu ilin eyni dövründə bu göstərici 12,72 mln. manat olub. Son 1 ildə digər BOKT-ların aktivləri 0,54 mln. manat azalaraq 30,31 mln. manat təşkil edib. Bu müddət ərzində digər bank olmayan kredit təşkilatlarının filiallarının sayında dəyişiklik müşahidə edilməyib. Əvvəl olduğu kimi indi də digər bank olmayan kredit təşkilatlarının 12 filialı var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR