Bank Of Baku

Azərbaycan CAREC-in Nazirlər Konfransında iştirak edəcək

Azərbaycan CAREC-in Nazirlər Konfransında iştirak edəcək
# 26 oktyabr 2017 09:36 (UTC +04:00)

Oktyabr ayının 27-də Tacikistanın paytaxtı Düşənbə şəhərində CAREC-in (Central Asia Regional Economic Cooperation) Nazirlər Konfransı baş tutacaq.

 

Asiya İnkişaf Bankının (Asian Development Bank, ADB) Azərbaycandakı nümayəndəliyindən "APA-Economics"ə verilən məlumata görə, tədbir çərçivəsində CAREC-in 2030-cu ilədək strategiyası təsdiqlənəcək. Strategiyanın təsdiqlənməsi CAREC-in mandatının genişlənməsinə səbəb olacaq, beləliklə, yeni inkişaf templərinə nail olmaq mümkün olacaq.

 

Konfransda ADB-nin prezidenti Takehiko Nakao da iştirak edəcək.

 

Tədbirdə Azərbaycanı iqtisadiyyat nazirinin müavini Niyazi Səfərovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR