Bank Of Baku

Azərbaycan Dövlət Neft Fondu xarici menecerlərdən birinin xidmətlərindən imtina edib

Azərbaycan Dövlət Neft Fondu xarici menecerlərdən birinin xidmətlərindən imtina edib
# 19 aprel 2013 08:54 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2012-ci ildə maliyyə aktivlərinin böyük hissəsi xarici dövlətlərin qiymətli kağızlarında saxlanıb.

 

«APA-Economics»in məlumatına görə, «Ernst & Young Holdings (CIS) B.V.» audit şirkətinin ARDNF-in 2012-ci ildəki fəaliyyəti üzrə audit hesabatında bildirilir ki, 2012-ci ildə fondun 24 127,399 mln. manatlıq aktivlərinin 11 006,880 mln. manatı (və ya 45,62%-i) xarici dövlətlərin qiymətli kağızlarında, 6 865,143 mln. manatı (28,45%) korporativ borc qiymətli kağızlarında, 5 719,139 mln. manatı (23,7%) maliyyə institutlarının qiymətli kağızlarında, 520,389 mln. manatı (2,16%) kapital qiymətli kağızlarında, 9,460 mln. manatı (0,04%) «Standard & Poor’s Depository Receipt (SPDR) Trust»da, 6,388 mln. manatı (0,03%) ABŞ agentliklərinin qiymətli kağızlarında saxlanılıb.

 

Hesabatda bildirilir ki, hesabat dövrünün sonuna, 2012-ci il dekabrın 31-nə Fond maliyyə təşkilatları ilə (xarici menecerlərlə) aktivlərin idarə edilməsi haqqında razılaşmalar əsasında 780,983 min manat (994,882 min ABŞ dolları) məbləğində vəsait, o cümlədən pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentlərini saxlayıb. Ötən il bu təşkilatlar qarşısında idarəetmə haqqı 795 min manat olub. Fondun 2012-ci il ərzində xarici menecerləri kimi «Deutsche Bank AG», «Credit Suisse», Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (IBRD - Dünya Bankı qrupu), «State Street Global Advisors» (SSGA) və «UBS» təşkilatları çıxış edib. Bütün qiymətli kağızlar «Bank of New York Mellon» kastodial bankda saxlanılıb.

 

Yeri gəlmişkən, beş xarici menecerdən biri – «Credit Suisse» 2013-cü il fevralın 28-dən ARDNF üçün xarici menecer xidmətlərinin göstərilməsini dayandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR