Bank Of Baku

Azərbaycan əhalisi banklara nağd dollar satışını azaldıb

Azərbaycan əhalisi banklara nağd dollar satışını azaldıb
# 05 iyul 2013 14:05 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda 2013-cü ilin yanvar-may ayları ərzində banklar tərəfindən əhaliyə satılan nağd ABŞ dolları kütləsinin həcmi 3 939,9 mln. dollar təşkil edib ki, bu da 2012-ci ilin müvafiq dövrünə nisbətən 9,8% çoxdur. Azərbaycanda Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, eyni zamanda banklar tərəfindən əhalidən alınan nağd dollar kütləsi son bir ildə 3,5% azalaraq 1 133,3 mln. dollar olub. Beləliklə, Azərbaycanda əhalinin nağd dollar alışı satışdan 3,5 dəfə çoxdur.

 

Qeyd edək ki, bu ilin yanvar-may aylarında əhali tərəfindən nağd dolların alış əməliyyatlarında əvvəlki illərlə müqayisədə artım tempi azalıb, satış əməliyyatlarında isə ümumilikdə azalma tendensiyası yaranıb. Artım tempinin azalmasını əhali arasında nağd dollara olan tələbatın azalması ilə izah etmək olardı, lakin əhalinin dollar satışını azaltması bunu təkzib edir. Buna görə, yaranan tendensiyaları ilk növbədə subyektiv amillərlə və əhali arasında dollar əməliyyatlarına müəyyən dərəcədə ehtiyatla yanaşması ilə bağlamaq olar.

 

Qeyd edək ki, Azərbaycanda əhali tərəfindən banklardan 2012-ci ildə orta hesabla hər ay 764,1 mln. nağd dollar alınıb və 216,3 mln. dollar satılıb. Bu ilin yanvar-may aylarında isə həmin orta aylıq göstəricilər müvafiq olaraq 788 mln. dollar və 226,7 mln. dollar təşkil edib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR