Bank Of Baku

Azərbaycan əhalisi gəlirlərin 21%-ni yığıma yönəldib

Azərbaycan əhalisi gəlirlərin 21%-ni yığıma yönəldib
# 14 noyabr 2013 13:54 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan əhalisinin hər nəfərinə düşən gəlirlər ötən ilin eyni dövrü ilə müqayisədə 6,4% artaraq 3 130,1 manat və ya orta hesabla ayda 313,0 manat təşkil edib. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.


Məlumata əsasən, bu dövr ərzində ölkə əhalisi tərəfindən əldə edilmiş 29,1 mlrd. manatlıq gəlirin 68,0%-i son istehlak xərcləri, 9,0%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqları, 1,7%-i kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 21,3%-i isə yığıma yönəldilib.


Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 26,5 mlrd. manat həcmində və ya əvvəlki ildəkindən 7,6% çox vəsait qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR