Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda 2012-ci ilin yanvar-noyabr ayları ərzində banklar tərəfindən əhaliyə satılan nağd avro kütləsinin həcmi 2 098,8 mln. avro təşkil edib ki, bu da 2011-ci ilin müvafiq dövrünə nisbətən 75,2% çoxdur.
Azərbaycanda Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, eyni zamanda banklar tərəfindən əhalidən alınan nağd avronun məbləği son bir ildə 38,5% artaraq 272,2 mln. avroya çatıb.
Beləliklə, Azərbaycanda əhalinin nağd avro alışı satışdan 7,7 dəfə çox olub. Avronun Azərbaycanın daxilində iri miqyasda istifadəsi müşahidə olunmasa da, xarici səfərlərlə bağlı bu valyuta üzrə əməliyyatların həcmi daimi artır.
Qeyd edək ki, Azərbaycanda əhali tərəfindən banklardan 2011-ci ildə orta hesabla hər ay 113,5 mln. nağd avro alınıb və 19,9 mln. avro satılıb. Ötən ilin 11 ayı üzrə isə həmin göstəricilər müvafiq olaraq 190,8 mln. avro və 24,8 mln. avroya bərabər olub.