Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda əhalinin hər nəfərinə düşən gəlirləri 2011-ci ilin eyni dövrü ilə müqayisədə 12,2% artaraq 3 260,5 manat və ya orta hesabla ayda 296,4 manat təşkil edib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bu dövr ərzində ölkə əhalisi tərəfindən əldə edilmiş 29,9 mlrd. manatlıq gəlirin 64%-i son istehlak xərclərinə, 8,3%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 1,6%-i kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 26,1%-i isə yığıma yönəldilib.
Əhalinin sərəncamda qalan gəlirləri 27,4 mlrd. manat təşkil edərək əvvəlki ilin eyni dövrünə nisbətən 14% artıb.