Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il noyabr ayının 1-nə Azərbaycanda əhalinin banklardakı əmanətlərinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 27,6% artaraq 4 689,7 mln. manata çatıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əmanətlərin 2 704,3 mln. manatı və ya 57,7%-i milli, 1 985,4 mln. manatı xarici valyutada qoyulub və əvvəlki ildəkinə nisbətən müvafiq olaraq 48,3% və 7,2% artıb. Əmanətlərin 75,9%-i özəl banklarda yerləşdirilib.
Qeyd edək ki, 2012-ci ilin noyabr ayında manatın 1 ABŞ dollarına qarşı orta məzənnəsi 0,78 manat, 100 Rusiya rubluna 2,50 manat, 1 avroya 1,01 manat, ilin əvvəlində isə müvafiq olaraq 0,79 manat, 2,53 manat və 1,01 manat təşkil edib.