Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanda əhalinin gəlirləri 2014-cü ilin eyni dövrü ilə müqayisədə 5,5% artaraq 2,7 mlrd. manat təşkil edib.
“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, onun hər nəfərə düşən həcmi orta hesabla 282,9 manat olub və 4,2% artıb.
Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 2,4 mlrd. manat həcmində və ya əvvəlki ildəkindən 5,9% çox vəsait qalıb.