Bank Of Baku

Azərbaycan ərazisinə qaçaqmalçılıq yolu külli miqdarda siqaretin keçirilməsinin qarşısı alınıb

Azərbaycan ərazisinə qaçaqmalçılıq yolu külli miqdarda siqaretin keçirilməsinin qarşısı alınıb
# 22 yanvar 2016 09:12 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan gömrük xidməti əməkdaşları ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda siqaretin realizə edilməsinin qarşısını alıblar.

 

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, Gəncə Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən Gəncə-Şəmkir şossesinin 13 km-də “Mercedes-Benz” markalı, 99-HZ-620 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi saxlanılıb.

 

Həmin nəqliyyat vasitəsini idarə edən Göygöl rayon sakini Mahir Məmmədova məxsus avtobusa baxış zamanı avtobusun yük yerindən Azərbaycan aksiz markası ilə markalanmayan 1 000 qutu “Marlboro” siqareti aşkar edilərək götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR