Bank Of Baku

Azərbaycan gömrükçüləri külli miqdarda siqaret müsadirə edib

Azərbaycan gömrükçüləri külli miqdarda siqaret müsadirə edib
# 24 may 2016 12:57 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Xaçmaz Gömrük İdarəsinin əməkdaşları 4 fakt üzrə 40 600 ədəd siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısını alıb.

 

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, Rusiya istiqamətindən "Samur" gömrük postunun gömrük nəzarəti zonasına daxil olan avtomobillərə baxış keçirən gömrükçülər nəqliyyat vasitələrinin salonlarındakı gizli saxlanc yerlərindən gömrük orqanına əvvəlcədən bəyan olunmayan külli miqdarda - 40 600 ədəd müxtəlif markalı siqaretlər aşkar edib.

 

Bütün faktlarla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR