Bank Of Baku

Azərbaycan gömrükçüləri külli miqdarda siqaret müsadirə edib

Azərbaycan gömrükçüləri külli miqdarda siqaret müsadirə edib
# 22 iyul 2016 12:45 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük Postunda  İrandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə “Heimann Cargo Vision” rentgen qurğusunda baxış keçirilib.

 

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, yoxlama zamanı qurğunun nəzarət monitorunda avtomobilin yük yerində fərqli görünüşdə və formada naməlum predmetlərin olduğu müşahidə edilib.

 

Avtomobilə keçirilən əsaslı baxış zamanı nəqliyyat vasitəsinin yük yerində - döşəmənin altında malların aşkar edilməsini çətinləşdirən üsuldan istifadə etməklə gömrük  nəzarətindən gizlədilən 42 000 ədəd siqaret aşkar edilərək götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR