Bank Of Baku

Azərbaycan Gürcüstanın ən iri investoru adını qoruyur

Azərbaycan Gürcüstanın ən iri investoru adını qoruyur
# 10 mart 2016 11:04 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2015-ci ildə Azərbaycan Gürcüstana birbaşa investisiya edən ölkələr arasında ilk yerdə qərarlaşıb. “APA-Economics” xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin yaydığı ilkin hesabatda qeyd olunub.


Bildirilir ki, ötən il Azərbaycandan Gürcüstana 542 mln. dollar həcmində birbaşa investisiya yatırıb. “Növbəti pillələrdə 198 milyon dollarla Böyük Britaniya, 111 milyon dollarla Niderland, 87 milyon dollarla Lüksemburq qərarlaşıb. Qeyd olunan dövrdə Türkiyədən Gürcüstana yatırılan birbaşa investisiyaların həcmi 77 milyon dollar təşkil edib. Bundan başqa, Çin 58 milyon dollar, Rusiya 49 milyon dollar, Amerika Birləşmiş Ştatları isə 35 milyon dollar həcmində Gürcüstana birbaşa investisiya edib”, - deyə hesabatda qeyd olunub.

Qeyd edək ki, 2015-ci ildə ümumilikdə Gürcüstana yatırılan birbaşa xarici investisiyaların həcmi 1,35 mlrd. dollar təşkil edib. Bu rəqəm isə 2014-cü illə müqayisədə 23,1% azdır. İlkin hesabata əsasən, ötən ilin IV rübündə bu göstərici 49,1% azalaraq 268 mln. dollar olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR