Bakı. Ramiz Mikayıloğlu - APA. Nazirlər Kabineti «Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında» 1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarına dəyişiklik edib.
APA-nın verdiyi məlumata görə, dəyişikliyə əsasən, dövlətlərarası və hökumətlərarası sazişlərlə kreditlər və borclar, həmçinin bu kreditlər və borclar hesabına həyata keçirilən layihələrdə Azərbaycan tərəfinin payı hesabına idxal olunan malların gömrük idxal rüsumundan azad edilməsi ləğv olunub. Bu mallar gömrük idxal rüsumuna cəlb olunacaq.
Qərar dərc olunduğu gündən 30 gün sonra qüvvəyə minir.