Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycan İpoteka Fondu (AİF) hesabına bankların verdiyi ipoteka kreditlərinin sayı açıqlanıb.
“APA-Economics”in xəbərinə görə, bu barədə məlumat fondun saytında yerləşdirilib.
Məlumata əsasən, hesabat dövründə Azərbaycanda 31 bank AİF-in vəsaitlərindən kreditlər verib. Siyahıya nəzər salanda məlum olur ki, 2006-cı ildən 2015-ci il yanvarın 1-nə qədər AİF-in hesabına verilən ipoteka kreditlərinin sayına görə “AGBank” liderdir. Hesabat dövründə bu bank 1310 ipoteka krediti verib. Verilmiş ipoteka kreditlərinin sayına görə ilk beşliyi "Xalq Bank" (1265 kredit), "Bank Standard" (1245 kredit), “Muğanbank” (1089) və "Dəmirbank" (1074 kredit) tamamlayır.
“Azər-Türk Bank” (28 kredit), "Azərbaycan Sənaye Bankı" (17), “Rabitəbank” (15), "Azərbaycan Kredit Bankı" (14) və “Yapı Kredi Bank”(11) AİF xətti ilə ən az ipoteka krediti verən banklardan sayılır.
