Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun ümumi həcmi 40 mln. manat təşkil edən, AZ2006008687 dövlət qeydiyyat nömrəli faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının yeni emissiyasının yerləşdirilməsinə başlanılıb.
Fonddan «APA-Economics»ə verilən məlumata görə, ilkin olaraq 3 mln. manatlıq hissənin yerləşdirilməsi üzrə hərrac keçirilib.
İstiqrazlar nominal dəyərlə satışa çıxarılıb. Hərracda 2 investor iştirak edib. Sifarişlərin nominal üzrə ümumi məbləği 20,988 mln. manat təşkil edib və nəticədə hərraca çıxarılmış həcm tam yerləşdirilib.