Bank Of Baku

Azərbaycan İpoteka Fondunun istiqrazlarının növbəti tranşı hərraca çıxarılır

Azərbaycan İpoteka Fondunun istiqrazlarının növbəti tranşı hərraca çıxarılır
# 25 oktyabr 2013 11:35 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Oktyabrın 28-də Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının növbəti yerləşdirilməsi həyata keçiriləcək və hərraca 5 mln. manat həcmində istiqraz çıxarılacaq. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Fondun məlumatında deyilir.

 

İstiqrazlar 100,1167% qiyməti ilə satışa çıxarılacaq. İstiqrazların ödəmə tarixi 2023-cü il avqustun 23-nə təsadüf edir.


Qeyd edək ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz istiqrazlarının emissiya prospekti sentyabrın 30-da qeydə alınıb. Emissiyanın ümumi həcmi 20 mln. manat təşkil edir, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqraz üzrə faiz dərəcəsi illik 3% təşkil edir. Bu istiqrazların yerləşdirilməsinə oktyabrın 14-də və bu günədək 5 mln. manat həcmində istiqraz yerləşdirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR