Bank Of Baku

Azərbaycan İpoteka Fondunun yeni istiqraz emissiyası qeydiyyata alınıb

Azərbaycan İpoteka Fondunun yeni istiqraz emissiyası qeydiyyata alınıb
# 26 dekabr 2012 09:36 (UTC +04:00)

 

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun növbəti istiqraz buraxılışı qeydiyyata alınıb. «APA-Economics»in məlumatına görə, AZ2006008687 qeydiyyat nömrəsi olan buraxılışın həcmi 40 mln. manat, istiqrazların hər birinin nominal dəyəri 1 000 manat təşkil edir.

 

Bu, İpoteka Fondu tərəfindən buraxılan istiqrazlarının artıq 6-cı emissiyasıdır. Bundan əvvəl buraxılan 5 emissiyalar tam həcmdə yerləşdirilib. Beləliklə, 2009-cu ildə yerləşdirilən emissiyanın həcmi 55 mln. manat, 2010-cu ildə 75 mln. manat təşkil edib, 2011-ci ildə 60 mln. manat və 20 mln. manat həcmində iki emissiya yerləşdirilib və 2012-ci ildə yerləşdirmənin həcmi 30 mln. manata bərabər olub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR