Bank Of Baku

Azərbaycan iqtisadiyyatı 0,7% azalıb

Azərbaycan iqtisadiyyatı 0,7% azalıb
# 16 noyabr 2017 10:06 (UTC +04:00)

2017-ci ilin yanvar-oktyabr aylarında ölkə rezidentləri tərəfindən 56 mlrd. 481,5 mln. manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,7% az ümumi daxili məhsul (ÜDM) istehsal edilib.

 

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu dövrdə iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 2,1% artıb, onun ÜDM-də payı 62,7% olub. Neft sektorunda istehsal olunmuş əlavə dəyər əvvəlki ilin eyni dövrünə nisbətən 6% azalıb.

ÜDM istehsalının 40,2%-i sənayedə, 10,2%-i ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində, 8,8%-i tikintidə, 6,9%-i nəqliyyat və anbar təsərrüfatı, 5,8%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7%-i informasiya və rabitə sahələrində, 16,7%-i digər sahələrdə istehsal edilib, məhsula və idxala xalis vergilər isə ÜDM-in 7,3%-ini təşkil edib.

 

Əhalinin hər nəfərinə düşən ÜDM 5806,7 manata bərabər olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR