Bank Of Baku

Azərbaycan kərə yağı idxalını 14% azaldıb

Azərbaycan kərə yağı idxalını 14% azaldıb
# 17 iyul 2018 13:03 (UTC +04:00)

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan 39 mln. 472,07 min ABŞ dolları dəyərində 6 688,29 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib.

 

Bu barədə “APA-Economics” Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.

 

Məlumata görə, bu, həcm baxımından 2017-ci ilin 6 ilə müqayisədə 1078,96 ton və ya 13,89% azdır. Məbləğ baxımından isə illik nisbətdə 6 mln. 783,93 min dollar və ya 20,75% çoxdur.

 

Qeyd edək ki, 2017-ci ilin yanvar-iyun aylarında Azərbaycana xarici ölkələrdən 32 mln. 688,14 min dollar dəyərində 7 767,35 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.

 

Qeyd edək ki, 2018-ci ilin yanvar-iyun aylarında kərə yağı və süddən hazırlanmış digər yağlar məhsullarının idxalı Azərbaycanın ümumi idxalının 0,85%-ni təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR