Bank Of Baku

Azərbaycan manatı iki ildən sonra dollara nisbətən ucuzlaşmağa başlayıb

Azərbaycan manatı iki ildən sonra dollara nisbətən ucuzlaşmağa başlayıb
# 16 fevral 2015 13:44 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanın milli valyutası olan manat təxminən iki illik fasilədən sonra ABŞ dollarına nisbətən ucuzlaşmağa başlayıb.

 

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi məzənnələrinə əsasən, bu gün 1 manat 0,7848 dollar səviyyəsində qərarlaşıb. Sonuncu dəfə bu göstərici 2013-cü ilin martın 29-da qeydə alınıb. O vaxtdan bəri 23 ay ərzində manatın dollara nəzərən məzənnəsi daim möhkəmlənib.

 

Qeyd edək ki, bu ilin yanvarın 1-dən 1 ABŞ dollarının rəsmi məzənnəsi 0,7844 manat səviyyəsində olub. 

 

Beləliklə, AMB-nin ikitərəfli məzənnənin hədəflənməsindən valyuta səbəti dəyərinin hədəflənməsinə keçidlə bağlı qərarından sonra manat 0,05% ucuzlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR