AMB-dən «APA-Economics»ə verilən məlumata görə, eyni zamanda noyabr ayında rəsmi valyuta ehtiyatları 57,2 mln. dollar və ya 0,5% azalıb:
Rəsmi valyuta ehtiyatları (mln. dollar)

Noyabr ayında valyuta ehtiyatlarının azalması əvvəlki dövrlərdən fərqli olaraq məzənnə fərqi ilə bağlı olmayıb. Belə ki, adətən dünya bazarında avronun dollara qarşı ucuzlaşması fonunda Azərbaycanın valyuta ehtiyatlarının avroda saxlanılan hissəsi dollar ifadəsində dəyərdən düşürdü ki, bu da ehtiyatların azalmasına gətirib çıxarırdı. Lakin bu dəfə, noyabr ayında avronun dollara qarşı məzənnəsi 1,28 dollardan 1,30 dollara qədər yüksəlib. Buna baxmayaraq, ehtiyatların toplam həcmində azalma müşahidə olunub. Bunun da ehtiyatlardan qismən istifadə edilməsi ilə bağlılığı istisna olunmur.
Ümumi dinamikaya diqqət yetirəndə isə məlum olur ki, 2012-ci il ərzində AMB-nin valyuta ehtiyatlarında mülayim templə artım müşahidə olunur.