"APA-Economics"in xəbərinə görə, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı statistikada qeyd olunur.
Cari ilin fevralın 1-ə olan statistikaya əsasən, ötən ilin analoji dövrü ilə müqayisədə valyuta ehtiyatları 10,8% və ya 1 mlrd. 538,5 mln. manat azalıb.
Yanvar ayı ərzində valyuta ehtiyatlarının həcmi 7,8% və ya 1 mlrd. 77,5 mln. manat azalıb.
Qeyd edək ki, valyuta ehtiyatlarının azalması ötən ilin avqust ayından etibarən başlayıb.