Bank Of Baku

Milli Məclis bir neçə qanunda dəyişikliklər edib

Milli Məclis bir neçə qanunda dəyişikliklər edib
# 22 noyabr 2013 10:45 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Milli Məclisi bir neçə qanunda dəyişikliklər edib.


APA-Economics”in məlumatına görə, bunlar Azərbaycanın İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi, “Patent haqqında” qanunda dəyişikliklər edilməsi və “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihələrdir.


Parlamentin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə çıxışında qeyd edib ki, hər 3 qanun layihəsindəki dəyişiklər redaktə xarakterli dəyişikliklərdir.


Millət vəkilləri hər 3 qanun layihəsini səsə qoyaraq qəbul ediblər.

 

Daha sonra Milli Məclis Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsini qəbul edib. Millət vəkili Eldar İbrahimov bildirib ki, məcəllənin bəzi maddələrində müstəsna sözü var: “Bu söz də qanunda müəyyən boşluqlar buraxır. Ona görə də yerlərdə bəzi insanlar bundan sui-istifadə edir”.


Sonra deputatlar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “Dövlət rüsumu haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrini qəbul ediblər. Burada aparılan dəyişiklər də redaktə xarakterli dəyişiklər olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR