Bank Of Baku

Azərbaycan Monteneqronun üçüncü ən iri investorudur

Azərbaycan Monteneqronun üçüncü ən iri investorudur
# 30 noyabr 2017 07:02 (UTC +04:00)

Cari ilin 10 ayı ərzində Azərbaycan Monteneqro iqtisadiyyatına 45 mln. avro məbləğində yatırım edib.

 

"APA-Economics" xəbər verir ki, bu barədə Cənub-Şərqi Avropa ölkəsinin Mərkəzi Bankının açıqladığı statistikadan məlum olur.

 

Statistikadan məlum olur ki, Azərbaycan bu göstəriciyə görə üçüncü yerdə qərarlaşıb. Azərbaycanı BƏƏ və Rusiya qabaqlayır. Belə ki, adıçəkilən ölkələr Monteneqro iqtisadiyyatına müvafiq olaraq 87 mln. və 50 mln. avro yatırıblar.

 

Ümumilikdə, yanvar-oktyabr ayları ərzində 74 ölkə Monteneqro iqtisadiyyatına 380 mln. avro məbləğində investisiya qoyub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22% çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR