Bank Of Baku

Azərbaycan parlamenti bank əmanətlərini daha 1 il müddətinə gəlir vergisindən azad edib

Azərbaycan parlamenti bank əmanətlərini daha 1 il müddətinə  gəlir vergisindən azad edib
# 28 dekabr 2012 10:29 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, parlamentin İqtisadi siyasət Komitəsinin sədri Ziyad Səmədzadə «Banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərin gəlir vergisindən azad edilməsi haqqında» qanun layihəsi barədə məlumat verərək bildirib ki, hazırda əhalinin banklardakı əmanətlərinin ümumi həcmi 4 mlrd. manatı keçib. «Hesablamalar göstərir ki, 2012-ci ildə bu əmanətlərin sahibləri həmin əmanətlər üzrə 500 mln. manata yaxın gəlir əldə edəcəklər. Bu məbləğdən tutula bilən gəlir vergisinin həcmi isə 60-70 mln. manat ətrafında dəyişir».

 

Millət vəkili bu qanun layihəsinin əmanətçilər üçün ölkə rəhbərliyi tərəfindən Yeni il hədiyyəsi kimi qiymətləndirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR