Bank Of Baku

Prezident vergi sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısını təsdiqləyib

Prezident vergi sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısını təsdiqləyib
# 01 fevral 2017 15:24 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev kommersiya və ya vergi sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısını təsdiqləyib.

 

APA-nın məlumatına görə, siyahıda aşağıdakı vəzifəli şəxslər yer alıb:

 

Azərbaycan Respublikasının vergilər naziri

 

Azərbaycan Respublikası vergilər nazirinin birinci müavini

 

Azərbaycan Respublikası vergilər nazirinin müavinləri

 

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru

 

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Daxili təhlükəsizlik departamentinin baş direktoru

 

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Hüquq departamentinin baş direktoru

 

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti departamentinin baş direktoru

 

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Ərazi vergi orqanları ilə iş üzrə departamentinin baş direktoru

 

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamentinin baş direktoru

 

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi departamentinin baş direktoru

 

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi öhdəliklərinin icrasına nəzarət departamentinin baş direktoru

 

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi qanunvericiliyinin icrasına nəzarət departamentinin baş direktoru

 

Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında departamentlərin və ərazi vergilər departamentlərinin baş direktorları

 

Azərbaycan Respublikası Vergilər Nazirliyinin ərazi vergilər idarələrinin və rayon vergilər şöbələrinin baş direktorları

 

Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması departamentinin İqtisadi sahədə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinin rəisi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR