Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan Prezidenti İlham Əliyev Vergilər Nazirliyinin kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
"APA-Economics"in xəbərinə görə, nazirliyin kollegiyası aşağıdakı tərkibdə təsdiqlənib:
Kollegiyanın sədri - vergilər naziri Fazil Məmmədov; kollegiyanın üzvləri - vergilər nazirinin birinci müavini, nazir müavinləri, Naxçıvan Muxtar Respublikasının vergilər naziri, Vergilər Nazirliyi Aparatının rəhbəri, nazirliyin Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin rəisi, İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı baş idarəsinin rəisi, Vergi auditi baş idarəsinin rəisi, Daxili təhlükəsizlik baş idarəsinin rəisi, Hüquq baş idarəsinin rəisi, nazirlik yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin rəisi, Nazirlik yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəisi, nazirlik yanında Bakı Vergilər Departamentinin rəisi.