Bank Of Baku

Azərbaycan sığorta bazarı son bir ildə 58% artıb

Azərbaycan sığorta bazarı son bir ildə 58% artıb
# 03 dekabr 2012 13:26 (UTC +04:00)

 

Bakı. Vahab Rzayev – APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta təşkilatları tərəfindən toplanan sığorta haqlarının ümumi həcmi 282,144 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 57,5% çoxdur.


Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə sığorta hadisələri üzrə ödənişlərin ümumi həcmi 55,5% artaraq 75,464 mln. manata çatıb.

Bu müddət ərzində həyat sığortası üzrə daxilolmaların həcmi 4,3 dəfə artaraq 12,334 mln. manat, qeyri-həyat sığortası üzrə 24,1% artaraq 162,369 mln. manat, icbari sığorta növləri üzrə isə 2,4 dəfə artaraq 107,440 mln. manat olub.

 

Daxilolmaların strukturunda ən çox sığorta haqqı «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» (62,501 mln. manat), «Tibbi sığorta» (49,932 mln. manat), «Avtonəqliyyat vasitələrinin sığortası» (47,094 mln. manat), «Əmlakın yanğından və digər risklərdən sığortası» (25,529 mln. manat), «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta» (20,456 mln. manat), «Yüklərin (nəqliyyat) sığortası» (13,588 mln. manat) və «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası» (11,512 mln. manat) növləri üzrə toplanıb.


Ödənişlərə gəldikdə isə həyat sığortası üzrə ödənilən vəsaitlərin həcmi təxminən 18,2 dəfə artaraq 2,887 mln. manata, qeyri-həyat sığortası üzrə 46,8% artaraq 59,063 mln. manata, icbari sığorta növləri üzrə isə 66,3% artaraq 13,514 mln. manata çatıb.


Ödənişlərdə ən çox vəsait «Tibbi sığorta» (32,593 mln. manat), «Avtonəqliyyat vasitələrinin sığortası» (18,640 mln. manat), «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası» (6,099 mln. manat), «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» (4,241 mln. manat) və «Əmlakın yanğından və digər risklərdən sığortası» (2,138 mln. manat) növləri üzrə ödənilib.


Qeyd edək ki, Azərbaycanda 28 sığorta təşkilatı fəaliyyət göstərir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR