Bank Of Baku

Azərbaycan sığorta şirkətlərindən 14-də yığım artıb, 12-də isə azalıb

Azərbaycan sığorta şirkətlərindən 14-də yığım artıb, 12-də isə azalıb
# 23 fevral 2015 09:35 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci ilin yanvar ayında toplanılmış sığorta haqlarının məbləğinə əsasən, bazarın lideri “Paşa Sığorta” şirkəti olub.

 

APA-Economics”in xəbərinə görə, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov məlumat verib.

 

Onun sözlərinə görə, şirkət ay ərzində 24,4 mln. manat sığorta haqqı toplayıb. Sonrakı yeri tutan “İpək Yolu Sığorta”nın yığımları 7,4 mln. manat, “Atəşgah Sığorta”nın yığımları isə 5,8 mln. manat olub. Sığorta yığımlarının məbləğinə görə, ilk beşliyi “Paşa Həyat Sığorta” (3,7 mln. manat) və “Atəşgah Həyat Sığorta” (2,8 mln. manat) şirkətləri tamamlayır. Ümumilikdə bazarın təxminən 70%-i ilk beşlikdə təmsil olunan şirkətlərin payına (təxminən 44,1 mln. manat) düşür.

 

Ən az sığorta haqqı toplayanlar isə “Rəvan Sığorta” (226,2 min manat), “Başak İnam” (202,3 min manat), “Amrah Sığorta” (106,7 min manat), “Azərqarant” (72,5 min manat) və “Günay Sığorta” (18,9 min manat) şirkətləri olub. Bu şirkətlərin ümumi göstəricisi 626,6 min manat olub və ümumi sığorta yığımlarının təxminən 1%-ni təşkil edib.

 

Ötən ilin noyabr ayında lisenziyası dayandırılmış “Era-Trans” və praktiki olaraq fəaliyyətini dayandırmış “Çartis Azərbaycan” sığorta şirkətləri isə təbii olaraq sığorta haqqı toplamayıb.

 

Ümumilikdə 27 sığorta şirkətindən 3-də sığorta haqlarının məbləği 5 mln. manatdan çox, 9 şirkətdə 1-5 mln. manat arasında, 5 şirkətdə 500 min manatdan 1 mln. manata qədər, 10 şirkətdə isə 500 min manatdan da aşağıdır. Şirkətlərdən 14-də sığorta haqlarının artımı, 12-də isə azalması baş verib. “Çartis Azərbaycan” isə ötən ilin yanvar ayında da sığorta haqqı toplamadığı üçün onun yığım dinamikası qeydə alınmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR