Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın 2012-ci ilin yanvar-sentyabr ayları üzrə tədiyyə balansının ümumi saldosu müsbət 4 478,3 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 2,3 dəfə azdır.
Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumatına görə, əvvəlki illərdə olduğu kimi 2012-ci ilin yanvar-sentyabr aylarında xarici iqtisadi əməliyyatlar neft-qaz sektoru üzrə müsbət saldoya, qeyri-neft sektoru üzrə isə mənfi saldoya malik olub. Neft-qaz sektoru üzrə ümumi daxilolmalar neftin və təbii qazın ixracı və bu sektora cəlb edilən xarici kapitalın hesabına formalaşır. Bu sektor üzrə ödənişlər isə mənfəətin və investisiyaların repatriasiyası, avadanlıqlar və xidmətlərin idxalını əks etdirir. Ümumi nəticədə 2012-ci ilin yanvar-sentyabr aylarında neft-qaz sektoru üzrə yaranmış ümumi müsbət saldo 17,7 mlrd. dollar olub. Hesabat dövründə cari əməliyyatlar hesabında 11,5 mlrd. dollar məbləğində profisit yaranıb. Neft-qaz sektorunun profisiti qeyri-neft sektoru üzrə cari hesabın 6,3 mlrd. dollarlıq kəsirini tam örtüb.
Tədiyyə balansının əsas göstəriciləri
(mln. dollar)
|
|
2011-ci il, 9 ay |
2012-ci il, 9 ay |
|
I. Cari əməliyyatlar hesabının saldosu 14 424,0 11 518,2 Xarici ticarət balansı 19 604,2 17 506,0 Xidmətlər balansı - 2 008,7 - 2 377,4 Gəlirlər balansı - 3 703,4 - 3 431,5 - İnvestisiya gəlirlərinin repatriasiyası - 3 984,6 - 3 655,0 Cari transfertlər balansı 531,9 - 178,9
II. Kapitalın və maliyyənin hərəkəti hesabının saldosu - 3 990,6 - 7 039,9 Birbaşa investisiyalar 638,3 870,5 - Azərbaycana cəlb olunmuş 3 108,3 3 972,7 - Xaricə yönəldilmiş - 360,7 - 926,1 - İnvestisiyaların repatriasiyası - 2 109,3 - 2 176,1 Kreditlər və digər investisiyalar - 4 648,9 - 7 912,4 Neft bonusu 20,0 2,0
III. Tədiyyə balansının ümumi saldosu 10 433,4 4 478,3 |
||
Hesabat dövrü ərzində xarici ticarət dövriyyəsi 32,1 mlrd. dollar təşkil edib və göründüyü kimi, xarici ticarət balansı 17,5 mlrd. dollar məbləğində müsbət saldo ilə nəticələnib. Bu müddət ərzində Azərbaycanın 151 dövlətlə ticarət əlaqələri olub. Xarici ticarətin 9,1%-i MDB şkrzkzhb, 90,9%-i isə digər xarici dövlətlərin payına düşüb.
Tədiyyə balansına əsasən, hesabat dövründə əmtəə ixracı 24,8 mlrd. dollar təşkil edib ki, bu da ötən ilin 9 ayı ilə müqayisədə 7,6% azdır. İxrac olunmuş malların strukturunda neft-qaz məhsullarının payı 94,5% olub. Xarici dövlətlərə 22,5 mlrd. dollarlıq neft məhsulları ixrac olunub, ixrac olunmuş neft məhsullarının 1,2 mlrd. dolları neft emalı məhsulları, 21,3 mlrd. dolları isə xam neftin payına düşüb. İxrac olunmuş xam neftin 20,1 mlrd. dolları Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) tərəfindən hasil olunmuş neftin ümumi dəyəridir. İxrac olunmuş ümumi xam neftin 1,2 mlrd. dolları isə digər müəssisələr tərəfindən xaricə göndərilib ki, bunun da 89,8 mln. dolları «Şahdəniz» yatağından hasil edilmiş kondensatın, 1,1 mlrd. dolları isə ARDNŞ-in payına düşür.
Qeyd edək ki, 2012-ci ilin yanvar-sentyabr aylarında ölkənin qeyri-neft ixracı 21,6% artaraq 1 360,6 mln. dollar təşkil edib.
(mln. dollar)
|
İxracın strukturu |
||
|
|
2011-ci il, 9 ay |
2012-ci il, 9 ay |
|
Yanacaq-xammal məhsulları |
26 139,7 |
23 882,5 |
|
- neft-qaz məhsulları |
25 713,2 |
23 442,5 |
|
-digər xammal |
426,5 |
440,0 |
|
Maşın və avadanlıq |
132,1 |
302,1 |
|
İstehlak malları |
530,9 |
596,2 |
|
Digər mallar |
29,2 |
22,3 |
|
İxrac, cəmi |
26 831,9 |
24 803,1 |
Göründüyü kimi, azalma neft-qaz məhsullarının ixracının azalması hesabına baş verib. Belə ki, ümumi ixracın azalması 2 028,8 mln. dollar təşkil etdiyi halda, neft-qaz məhsullar üzrə azalma 2 257,2 mln. dollara bərabər olub.
Hesabat dövründə Azərbaycanın əmtəə idxalının ümumi dəyəri 7,3 mlrd. dollar təşkil edib ki, bu da illik müqayisədə 1% çoxdur. İstehlak malların idxalının ümumi dəyəri 3 067,6 mln. dollar olub və bunun 873,0 mln. dolları ərzaq məhsullarının payına düşüb:
(mln. dollar)
|
İdxalın strukturu |
||
|
|
2011-ci il, 9 ay |
2012-ci il, 9 ay |
|
İstehlak malları |
2 752,2 |
3 067,6 |
|
- ərzaq məhsulları |
909,1 |
873,0 |
|
- qeyri-ərzaq məhsulları |
1 843,1 |
2 194,6 |
|
İnvestisiya yönümlü mallar |
608,8 |
696,1 |
|
Digər mallar |
3 866,7 |
3 533,3 |
|
İdxal, cəmi |
7 227,7 |
7 297,0 |
İdxalın strukturunun təhlili göstərir ki, ərzaq məhsullarının illik müqayisədə 36,1 mln. dollar və ya 4% azalıb. Bununla yanaşı, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 9 ayda 1,5% çox ərzaq məhsulu satılıb (inflyasiyaya korrektə olunmuş artım tempinə görə). Beləliklə, ərzaq məhsullarının ümumi ərzaq məhsulları üzrə ticarət dövriyyəsinin artması ərzaq məhsulları bazarında yerli istehsalın payının və yetərliyinin artmasından xəbər verir.