Bank Of Baku

Azərbaycan və Səudiyyə Ərəbistanı arasında yeni sazişlərin imzalanması planlaşdırılır

Azərbaycan və Səudiyyə Ərəbistanı arasında yeni sazişlərin imzalanması planlaşdırılır
# 10 dekabr 2013 09:03 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycanla Səudiyyə Ərəbistanı arasında sıx əməkdaşlıq əlaqələri mövcuddur. İndiyədək iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi üçün 10-dan artıq sənəd imzalanıb. Bununla yanaşı, biznes əlaqələri üçün mühüm olan əmlak və gəlirlərə münasibətdə ikiqat vergi tutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşının alınmasına dair saziş layihəsi artıq razılaşdırılıb və imzalanmağa hazırdır. «APA-Economics»in məlumatına görə, bunu bu gün Bakıda keçirilən Azərbaycan-Səudiyyə Ərəbistanı biznes forumunda çıxışı zamanı Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib.


Onun sözlərinə görə, iki ölkə arasında iqtisadi əməkdaşlığa dair iqtisadiyyat, səhiyyə, ticarət, investisiya, idman, mədəniyyət, təhsil, texnika sahələrinə dair başlıq sazişləri, eləcə də investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında saziş və s. sənədlər imzalanıb.


«Ötən il və bu ilin 10 ayının yekunlarına görə, ölkələrimiz arasında ticarət dövriyyəsi davamlı olaraq artıb. İnvestisiya sahəsində isə ticarət, sənaye, bank və sığorta sahəsində Səudiyyə Ərəbistanı kapitallı 6 şirkət Azərbaycanda fəaliyyət göstərir. Bu şirkətlərin Azərbaycan iqtisadiyyatına yatırdığı sərmayələrin ümumi həcmi 368 mln. dollar təşkil edir», - deyə Ş.Mustafayev bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR