Vergilər Nazirliyində Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Teruyuki Katori ilə görüş keçirlib.
Nazirliyin Media və Kommunikasiya Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, vergilər naziri Mikayıl Cabbarov vergi sistemində aparılan son struktur islahatları barədə ətraflı məlumat verib.
Görüşdə Azərbaycanda iqtisadi sahədə aparılan islahatlar, ölkələrarası ticarətin genişlənməsi, investisiyaların yatırılması və əməkdaşlıq məsələlərinə toxunulub.
Tərəflər Azərbaycan və Yaponiya arasında vergitutma sahəsində əməkdaşlığın perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.