Bank Of Baku

Azərbaycan qastarbayterlər üçün cəlbedici ölkəyə çevrilib

Azərbaycan qastarbayterlər üçün cəlbedici ölkəyə çevrilib
# 14 dekabr 2012 14:13 (UTC +04:00)

 

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın tədiyyə balansında əks olunan cari transfertlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi həcmi 2012-ci ilin yanvar-sentyabr ayları üzrə 2 783,2 mln. ABŞ dolları təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu məbləğin 1 302,1 mln. dollarını və ya 46,7%-ni ölkəyə daxilolmalar, 1 481,1 mln. dollarını və ya 53,3%-ni ölkədən transfertlər təşkil edib.

 

Beləliklə, cari transfertlər əməliyyatlarında 178,9 mln. dollar həcmində mənfi saldo yaranıb. Bu, iki rüb üzrə olan analoji göstəricidən 49,2% çoxdur. Qeyd edək ki, 6 ay üzrə cari transfertlərdə son zamanlar ilk dəfə olaraq mənfi saldo müşahidə olunub, bundan əvvəl tədiyyə balansının həmin bəndi üzrə yalnız müsbət saldo olub. Müqayisə üçün qeyd edək ki, 2011-ci ilin 9 ayında 531,9 mln. dollar həcmində müsbət saldo müşahidə olunub. Qeyd edək ki, ölkəyə transfertlərin həcmi 6,6% azalıb, ölkədən aparılantransfertlər isə 71,6% artıb.

 

Cari transfertlər üzrə ümumi daxilolmaların 94,4%-ni xarici ölkələrdən fiziki şəxslərə köçürülən pul baratları, 1,9%-ni ölkəyə gətirilən humanitar mallar, 3,7%-ni isə digər daxilolmalar təşkil edib.

 

Qeyd edək ki, ölkəyə transfertlərin azalması və eyni zamanda ölkədən transfertlərin bu dərəcədə artması son illərdə müşahidə olunan tendensiyalara tam əksinədir. Belə ki, əgər əvvəllər xaricdən Azərbaycana transfertlər həm daim artırdı, həm də daxil olan transfertlərin həcmi ölkədən aparılan transfertlərdən yüksək olub, hazırda vəziyyət tam başqadır. Bunun əsas səbəbi kimi xaricdə işləyən Azərbaycan vətəndaşlarının gəlirləri və sayının azalması, eyni zamanda Azərbaycanda xarici vətəndaşların qazanc və sayının artmasını qeyd etmək olar. Bunun nəticəsi olaraq Azərbaycanın qastarbayterlər üçün əlverişli ölkəyə çevrildiyini bildirmək olar. Çünki cari transfertlərin tərkibində məhz qastarbayterlərin vətənlərinə göndərdiyi pullar böyük üstünlük təşkil edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR