Bank Of Baku

Azərbaycanı tərk etmək istəyən Rusiya vətəndaşlarında 120 min dollar aşkarlanıb

Azərbaycanı tərk etmək istəyən Rusiya vətəndaşlarında 120 min dollar aşkarlanıb
# 21 dekabr 2016 09:30 (UTC +04:00)

Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, idarənin “Samur” gömrük postunda Rusiya Federasiyası istiqamətinə gedən üç Rusiya vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

 

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən "APA-Economics"-ə verilən məlumata görə, yoxlama nəticəsində həmin şəxslərdən ikisinin ayaqqabısında, birinin isə corablarında gömrük nəzarətindən gizlədilmiş, cəmi 120.000 ABŞ dolları aşkar olunaraq götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR