Bank Of Baku

Azərbaycana metadon keçirməyə cəhd edən İran vətəndaşı saxlanılıb

Azərbaycana metadon keçirməyə cəhd edən İran vətəndaşı saxlanılıb
# 05 fevral 2015 08:00 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan gömrükçüləri İrandan ölkə ərazisinə narkotik vasitə keçirməyə cəhd edən şəxsi saxlayıb.

 

Dövlət Gömrük Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, Astara Gömrük İdarəsinin yük şöbəsində İrandan Azərbaycana gələn İran İslam Respublikasının vətəndaşı Məhəmməd Zəngimayanın idarə etdiyi "Volvo" markalı yük maşınına gömrük nəzarəti keçirilib. Bu zaman maşının kabinəsindəki plastik butulkada, təsiredici maddəsinin xalis çəkisi 0,3 qram olan narkotik vasitə - metadon aşkar edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR