Bank Of Baku

Azərbaycanda 10 ayda əsas kapitala 12 mlrd. manat yönəldilib

Azərbaycanda 10 ayda əsas kapitala 12 mlrd. manat yönəldilib
# 15 noyabr 2016 15:31 (UTC +04:00)

Azərbaycanda 2016-cı ilin yanvar-oktyabr aylarında əsas kapitala 11 mlrd. 889,2 mln. manat məbləğində vəsait yönəldilib.

 

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, istifadə olunmuş vəsaitin 9 mlrd. 593,3 mln. manatı və ya 80,7%-i məhsul istehsalı obyektlərinin, 1 mlrd. 807,8 mln. manatı (15,2%-i) xidmət sahələri üzrə obyektlərin, 488,1 mln. manatı (4,1%-i) isə ümumi sahəsi 1 373,8 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunub.

 

Əsas kapitala yönəldilmiş vəsaitlərin 4 mlrd. 866,3 mln. manatını və ya 40,9%-ini daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitin 8 mlrd. 608,8 mln. manatı və ya 72,4%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR