Bank Of Baku

Azərbaycanda 10 Mənzil Kommunal Təsərrüfatı Birliyi vergidən yayınır

Azərbaycanda 10 Mənzil Kommunal Təsərrüfatı Birliyi vergidən yayınır
# 04 fevral 2015 10:47 (UTC +04:00)

"APA-Economics"in məlumatına görə, fevral ayının 4-ə olan borclu vergi ödəyicilərinin siyahısı Vergilər Nazirliyinin saytında yerləşdirilib.

 

Məlumatda qeyd edilib ki, Bakı şəhərinin Xətai, Yasamal, Nəsimi, Suraxanı, Sabunçu və Səbail rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi, Abşeron rayon Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyi, Şirvan şəhər Mənzil Təsərrüfatı İdarəsi və Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsi vergi borcunu ödəmir.

 

Borclu vergi ödəyicilərinin siyahısında Qaradağ rayon Kanalizasiya İdarəsi və "Baklift-1", "Bakılift-2" İxtisaslaşdırılmış İstehsalat İdarələri də yer alıb.

 

Bununla yanaşı borcun məbləği göstərilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR