Bank Of Baku

Azərbaycanda avronun bahalaşması davam edir

Azərbaycanda avronun bahalaşması davam edir
# 22 iyun 2015 06:26 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu gün iyunun 19-u ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi ucuzlaşıb.

 

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) iyunun 22-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0001 manat və ya 0,01% ucuzlaşaraq 1,0473 manat olub.

 

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,001 manat və ya 0,08% bahalaşaraq 1,1921 manat olub.

 

Qeyd edək ki, sonuncu dəfə avronun məzənnəsində bu səviyyə 2007-ci ildə qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR