Bank Of Baku

Azərbaycanda avronun məzənnəsi 8 aylıq maksimuma çatıb

Azərbaycanda avronun məzənnəsi 8 aylıq maksimuma çatıb
# 11 yanvar 2013 08:36 (UTC +04:00)

 

 «APA-Economics»in araşdırmalarına görə, sonuncu dəfə belə məzənnə 2012-ci il may ayının günlərində müşahidə olunub. Nəticədə, avronun manata qarşı rəsmi məzənnəsi 8 aylıq maksimuma çatıb:

 

 

 

Cədvəldən göründüyü kimi, son 8 ay ərzində avronun rəsmi məzənnəsinin dinamikasında dəyişkənlik baş versə də, ümumi tendensiya aydın görünür. Belə ki, ötən ilin may-iyul aylarında ümumi dinamikada enmə, avqustdan sonra isə daim artım müşahidə olunub. Bunun səbəblərini ölkə daxilində baş verən proseslərdə axtarmaq mənasızdır, çünki avro/manat cütlüyünün dinamikası dünya bazarlarında müşahidə olunan avro/dollar cütlüyünün dinamikasına tam uyğundur:

 

 

 

Beləliklə, avronun manata qarşı dinamikasının səbəblərini dünyada baş verən proseslərdə, Azərbaycan Mərkəzi Bankının manat/dollar cütlüyünün ciddi dəyişkənliyinə imkan verməməsində və bu təsirin avro/manat cütlüyünə «keçirilməsində» axtarmaq lazımdır. Bu isə Mərkəzi Bankın valyuta siyasətinin məhz dolların məzənnəsinin sabit saxlamağa yönəlməsi ilə bağlıdır. Avronun dəyişkənliyində isə ciddi təhlükələr görünmür. O ki qaldı avronun dollara qarşı dinamikasına, bu, Avrozonada və ABŞ-da baş verən iqtisadi və siyasi proseslərdən asılıdır. Belə ki, iqtisadiyyatda cari proseslər, baş verən hadisələr, qəbul edilən mühüm qərarlar kimi amillər dünyanın bu iki əsas valyutasının dinamikasına birbaşa təsir edir. Onu vurğulamaq lazımdır ki, avronun son zamanlar dollara qarşı möhkəmlənməsi ya Avrozonada iqtisadi vəziyyətin yaxşılaşması, ya ABŞ-da vəziyyətin pisləşməsi, ya da bu hər iki amilin olması səbəbindən baş verə bilir. Son hadisələr göstərir ki, həm Avrozonada, həm ABŞ-da iqtisadi vəziyyət qeyri-müəyyəndir, lakin ümumi nəticədə avronun dollara qarşı möhkəmlənməsi baş verir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR