Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bank təşkilatlarının məcmu aktivlərinin həcmi 2013-cü il oktyabrın 1-nə 19 400,5 mln. manat təşkil edib. «APA-Economics»in xəbər verdiyi kimi, Azərbaycan Mərkəzi Bankının statistikasına əsasən, bu göstərici illik müqayisədə 4 084,8 mln. manat və ya 26,7% çoxdur.
Eyni zamanda, bu ilin əvvəlindən aktivlərin həcmi 2 870,1 mln. manat və ya 17,4% artıb. Sentyabr ayında artım 481,6 mln. manat və ya 2,6% təşkil edib.