Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 494,6 mln. manat və ya 17,2% artıb. Təkcə oktyabr ayında depozitlərin həcmi 121,8 mln. manat və ya 1,2% artıb.
Depozitlərin tərkibində 4 689,7 mln. manat və ya 46,0% ev təsərrüfatlarının əmanətlərinin payına düşüb. Əmanətlərin həcmi son bir ildə 1 014,7 mln. manat və ya 27,6%, o cümlədən, oktyabrda 133,4 mln. manat və ya 2,9% artıb.
Eyni zamanda hüquqi şəxslərin depozitlərinin həcmi noyabrın 1-nə 5 512,8 mln. manata bərabər olub. Bu göstərici son bir ildə 480,0 mln. manat və ya 9,5% artıb. Oktyabrda isə 12,0 mlın. manat və ya 0,2%-lik azalma baş verib.
Hüquqi şəxslərin depozitlərinin strukturunda 2 732,5 mln. manat və ya 49,6% maliyyə təşkilatlarının depozitləri, 2 780,3 mln. manat və ya 50,4% qeyri-maliyyə təşkilatlarının depozitlərinin payına düşüb.
Hüquqi şəxslərin bank vəsaitlərinin oktyabrda azalması normaldır, çünki bu depozitlər üzrə çevik və daim əməliyyatlar aparılır və nəticədə, həmin depozitlərin həcmi üzrə dəyişkənlik müşahidə olunur.