Bank Of Baku

Azərbaycanda bank depozitlərinin həcmi son bir ildə 17% artıb

Azərbaycanda bank depozitlərinin həcmi son bir ildə 17% artıb
# 08 yanvar 2013 14:13 (UTC +04:00)

 

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarında yerləşdirilmiş depozitlərin ümumi həcmi 2012-ci il dekabrın 1-nə 10 409,9 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 517,1 mln. manat və ya 17,1% çoxdur. Təkcə ötən ilin noyabr ayında depozitlərin həcmi 207,5 mln. manat və ya 2,0% artıb.

 

Depozitlərin tərkibində 4 763,0 mln. manat və ya 45,8% ev təsərrüfatlarının əmanətlərinin payına düşür. Əmanətlərin həcmi 2011-ci ilin dekabrın 1-nə nisbətən 932,9 mln. manat və ya 24,4%, o cümlədən, noyabrda 73,3 mln. manat və ya 1,6% artıb.

 

Eyni zamanda, hüquqi şəxslərin depozitlərinin həcmi dekabrın 1-nə 5 646,9 mln. manata bərabər olub. Bu göstərici son bir ildə 584,2 mln. manat və ya 11,5% artıb. Həmçinin, noyabr ayında 134,1 mlın. manat və ya 2,4%-lik artım baş verib.

 

Hüquqi şəxslərin depozitlərinin strukturunda 2 752,3 mln. manat və ya 48,7% maliyyə təşkilatlarının depozitləri, 2 894,6 mln. manat və ya 51,3% qeyri-maliyyə təşkilatlarının depozitlərinin payına düşür.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR