Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bank təşkilatlarında yerləşdirilən fiziki şəxslərin əmanətlərinin ümumi həcmi 2013-cü il oktyabrın 1-nə 6 237,4 mln. manat təşkil edib. «APA-Economics»in xəbər verdiyi kimi, Azərbaycan Mərkəzi Bankının statistik göstəricilərinə əsasən, məcmu əmanətlərin həcmi illik müqayisədə 1 681,1 mln. manat və ya 36,9% artıb.
Eyni zamanda, bank əmanətlərinin artımı yanvar-sentyabr ayları ərzində 1 124,0 mln. manat və ya 22,0%, təkcə sentyabr ayında isə 147,0 mln. manat və ya 2,4% təşkil edib.