Bank Of Baku

Azərbaycanda bank kassa dövriyyəsi 26% artıb

Azərbaycanda bank kassa dövriyyəsi 26% artıb
# 05 iyul 2013 08:25 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda bank sistemində kassa dövriyyəsinin mədaxil hissəsi 2013-cü ilin yanvar-may aylarında 15,256 mlrd. manat, məxaric hissəsi isə 15,071 mlrd. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, kassa dövriyyəsinin mədaxil hissəsi 2012-ci ilin müvafiq dövrünə nisbətən 26,1%, məxaric hissəsi isə 21,1% artıb.

 

Beləliklə, 5 ayın nəticələrinə görə, bank kassa dövriyyəsində 185 mln. manat həcmində müsbət saldo yaranıb, lakin eyni zamanda dövr ərzində 169,2 mln. manat həcmində pul emissiyası həyata keçirilib.

 

Bank kassa dövriyyəsinin mədaxilinin əsas hissəsi bankların hüquqi və fiziki şəxslərlə maliyyə əməliyyatları üzrə daxilolmaların payına düşür. Bu mənbədən bank kassalarına 9,834 mlrd. manat və ya ümumi mədaxilin 64,5%-i daxil olub. Digər iri mənbələr sırasında 3,229 mlrd. manat həcmində və ya xüsusi çəkisi 21,2% olan hüquqi şəxslərdən daxilolmaları, 1 170,3 mln. manat həcmində və ya xüsusi çəkisi 7,7% olan fiziki şəxslərdən daxilolmaları qeyd etmək olar.

 

Bank kassa dövriyyəsinin məxaric hissəsində hüquqi və fiziki şəxslərlə maliyyə əməliyyatları üzrə ödənişlərin payına 6,279 mlrd. manat və ya 41,7%, hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslər üzrə ödənişlərin payına 4,524 mlrd. manat və ya 30,0%, bankomatlara pul qoyuluşunun payına 3,830 mlrd. manat və ya 25,4% düşür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR