Bank Of Baku

Azərbaycanda bank kredit faizlərinin azaldılması ilə bağlı parlament iclasının keçirilməsi təklif olunub - VİDEO

Azərbaycanda bank kredit faizlərinin azaldılması ilə bağlı parlament iclasının keçirilməsi təklif olunub - <span style="color: red;">VİDEO
# 13 noyabr 2013 10:03 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bunu Milli Məclisdə gələn ilin büdcə zərfi ilə balı bu gün aparılan müzakirələr zamanı millət vəkili Vahid Əhmədov bildirib.


Onun sözlərinə görə, ölkənin bank sektorunda kredit faizlərinin azaldılması üçün Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovun iştirakı ilə ayrıca iclas keçirilməlidir: «Bu gün əhalinin böyük əksəriyyəti banklara borcludur. Bank depozitlərinin faizləri ilə kredit faizləri arasında olduqca böyük - 20-25% fərq var. Bu məsələ mütləq öz həllini tapmalıdır. Bəlkə bankların özlərinin problemləri var».


V.Əhmədov bildirib ki, bu gün kəndlilərin yetişdirdiyi meyvə-tərəvəzin müəssisələrə verməsi ilə bağlı ciddi problemlər mövcuddur: «Qubada üç konserv zavodu var. Amma bu zavodlardan ikisi işləmir. Vaxtı ilə zavodlar alınıb, amma indi işləmir. Bu məsələ ilə bağlı hökumətə hesabat verilməlidir ki, niyə bu zavodlar işləmir».

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR