Bank Of Baku

Azərbaycanda bank kredit qoyuluşlarının həcmi azalıb

Azərbaycanda bank kredit qoyuluşlarının həcmi azalıb
# 05 iyul 2013 13:21 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan fəaliyyət göstərən kommersiya banklarının kredit qoyuluşlarının həcmi 2013-cü il iyunun 1-nə 13 406,3 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin iyunun 1-nə nisbətən 2 794,8 mln. manat və ya 26,3% çoxdur. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Azərbaycan Mərkəzi Bankının məlumatında göstərilir.

 

Eyni zamanda, bu ilin yanvar-may ayları ərzində bankların kredit qoyuluşları 685,8 mln. manat və ya 5,4% artıb, təkcə may ayında isə 115,8 mln. manat və ya 0,9% azalıb.

 

Kommersiya banklarının kredit portfelinin strukturunda birinci yeri hələ də ev təsərrüfatlarına verilən kreditlər tutur. Belə ki, bu cür kreditlərin payına 5 088,7 mln. manat və ya ümumi həcmdən 38,0% düşür.

 

Bank sistemi üzrə vaxtı keçmiş kreditlər üzrə də artım, onların xüsusi çəkisi üzrə isə azalma müşahidə olunur. Belə ki, son bir ildə vaxtı keçmiş kreditlərin həcmi 48,6 mln. manat və ya 6,8% artaraq 768,7 mln. manata çatıb, xüsusi çəkisi isə 1,1 faiz bəndi və ya 16,2% azalaraq 5,7%-ə enib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR